Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 12:08

Kirk Douglas 103 yaşında dünyasını dəyişib


Kirk Douglas, 2010-cu il

ABŞ-dan olan aktyor, epik “Spartak” və onlarla digər ekran əsərində çəkilmiş Kirk Douglas 103 yaşında dünyasını dəyişib. Məlumatı oğlu, Hollivud ulduzu Michael fevralın 5-də yayıb.

Kirk Douglas 1996-cı ildə fəxri Oskar mükafatına layiq görülüb. Ona Prezidentin Azadlıq Medalı, Amerika Film İnstitutunun mükafatı da təqdim olunub.

Douglas Hollivudun qara siyahısının ləğvində rol oynayıb. Həmin siyahı kommunistpərəst fəaliyyət, yaxud rəğbətdə şübhəli bilinən yazıçıların karyerasını məhv edirdi. 1950-ci illərin sonunda qadağan olunan yazıçılar film industriyası daxilində yaxşı tanınsalar da, geniş ictimaiyyət bundan xəbərdar deyildi, çünki siyahıda real adları göstərilmirdi.

Douglas keçmiş kommunist, Oskar qalibi Dalton Trumbo-nun adını “Spartak” filminin ssenarisinə görə açıq şəkildə tərifləyərək bu siyahıya ağır zərbə vurdu. 1960-cı ildə çəkilmiş film qədim Romada qullar üsyanından söz açır.

“Hər kəs mənə məsləhət görürdü ki, bunu etməyim, çünki daha bu şəhərdə işləyə bilmərəm. Ancaq mən o qədər gənc idim ki, ‘cəhənnəm olsun’ dedim”, – Douglas 2011-ci ildə “AP”yə müsahibəsində deyirdi.

“Düşünürəm ki, daha yaşlı olsaydım, daha mühafizəkar davranardım, düşünərdim ki, niyə özümü zərbə altında qoyum?”– o, sözlərinə əlavə edirdi.

XS
SM
MD
LG