Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

LGBT hesabatında Azərbaycandan nə deyilir


Bakıda LGBT fəalları, arxiv fotosu
Bakıda LGBT fəalları, arxiv fotosu

Fevralın 4-də Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyası (ILGA-Europe) LGBTI hüquqlarına dair illik hesabat açıqlayıb. Bu hesabat 54 ölkədə ötən ilki vəziyyəti əks etdirir. Sənəd Avropa və Orta Asiyanı əhatələyir.

Bir çox ölkələrdə onlayn nifrət çıxışında, LGBTI-dən olan şəxslərə fiziki hücumların artdığı, hücumlardan çoxunun planlı və qəddar şəkildə üzə çıxdığı vurğulanır.

Bunun daha çox Avropaya xas fenomen olduğu qeyd edilir. Məsələn, Böyük Britaniyada Breksitlə bağlı populist yanaşmalar LGBTI-yə qarşı nifrət çıxışları və digər insidentlərin artmasıyla əlaqələndirilə bilər. Qitənin bir çox şəhərlərində LGBTI tədbirləri qadağan olunub, Türkiyədə onları yürüş iştirakçıları təqib olunub və sairə.

Həbslər, qısnama halları sadalanır

Hesabatın Azərbaycana aid hissəsində də bəzi məqamlara toxunulur, il ərzində bu sahədə diqqət çəkmiş hadisələr sadalanır. Fevralda Avropa İnsan Hüquqları Məhkəməsi “A Azərbaycana qarşı” işi, eləcə də hökumətlə bağlı 24 ərizə üzrə kommunikasiyaya başlayıb. Məhkəmə 2017-ci ildə aparılmış reydləri pisləyib. O zaman 80 LGBT üzvünün saxlandığı, işgəncə, pis rəftarla üzləşdiyi bildirilirdi.

Hesabatda ötən il aprelin 1-də Bakıda polisin azı 8 gey və trans seks işçisini saxladığı, bunun LGBT təmsilçilərinə qarşı yeni həbs dalğasının başlanğıcı olduğu qeyd edilir. Bir neçə gün sonra azı 7 nəfər saxlanıb. Çoxları məcburi yoxlamadan keçirilib, bəziləri kiçik xuliqanlığa görə cərimələnib, 10-30 günlük administrativ həbslə cəzalandırılanlar olub.

“Onlar bizi görüş yerinə çağırdılar, sonra qandalları çıxarıb bizi polis departamentlərinə apardılar”, – qurbanlardan biri danışıb.

Daha sonra hesabatda il ərzində LGBT icmasının üzləşdiyi iddia olunan digər qısnama, hücum halları sadalanır.

Azərbaycanda homoseksuallıq 2000-ci ildə qanuniləşdirilib. Ancaq ILGA beynəlxalq insan haqları qrupu 2016-cı ildə bildirib ki, bu ölkədə geylərin hüquqları Avropada ən pis qorunanlar sırasındadır.

Azərbaycan hakimiyyəti isə tənqidləri qəbul etmir. Daxili İşlər Nazirliyi bəyanatlarında polisin cinsi azlıqları təqib etmədiyini, həbslərin fahişəliyə qarşı kampaniya çərçivəsində aparıldığını bəyan edir. «Cinsi azlıq təmsilçiləri heç vaxt ölkəmizdə təqibə məruz qalmayıb. Ancaq bu, heç də onların qanunsuz hərəkətlərə görə məsuliyyət daşımaması anmalına gəlmir», – nazirlik 2017-ci il reydləri ilə bağlı açıqlamasında bildirirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG