Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:12

Trump Əfqanıstanda müharibəni bitirmək istədiyini deyir


Donald Trump

Prezident Donald Trump Konqres qarşısında bir daha bildirib ki, Əfqanıstanda 20 ilə yaxındır gedən müharibəni bitirmək, bu ölkədə ABŞ hərbçilərinin sayını azaltmaq istəyir.

Trump fevralın 4-də Konqresə ölkənin vəziyyəti ilə bağlı illik çıxışında qeyd edib ki, digər ölkələrin hüquq-mühafizə orqanları kimi xidmət etmək Birləşmiş Ştatların işi deyil.

“Amerikanın ən uzun müharibəsini nəhayət bitirmək və hərbçilərimizi evlərinə qaytarmaq üçün çalışırıq”, – Trump bir saat 20 dəqiqəlik çıxışının sonuna yaxın deyib.

ABŞ əsgərləri 2001-ci ildən Əfqanıstanda vuruşurlar və orada hələ də 14 minədək hərbçisi var. Trump administrasiyası sülh razılaşması çərçivəsində bu sayı 8 min- 9 minə salmaq istəyir. Trump bu müharibəni bitirməyi 2016-cı ildə seçki kampaniyası zamanı da vurğulayırdı. O, noyabrda prezident postuna yenidən seçilmək niyyətindədir.

Trump bir daha eyham vurub ki, Birləşmiş Ştatlar cəhd edərsə, müharibəni tezliklə uda bilər, ancaq bu halda dinc sakinlər daxil olmaqla xeyli itki verilər.

XS
SM
MD
LG