Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:45

Azərbaycana gələn turistlərin sayında artım var


Azərbaycanda turist, 2015-ci il
Azərbaycanda turist, 2015-ci il

2019-cu ildə xaricə 1,5 milyard səfər gerçəkləşib ki, bu da 2018-ci ildəkindən dörd faiz artıqdır. Bunu BMT-nin Dünya Turizm Təşkilatının son statistikasına əsasən söyləmək olar.

Fransa ən çox səfər olunan ölkədir, 90 milyon turist gedib. Ondan sonra 83,8 milyon turistlə İspaniya gəlir.

“The Independent” yazır ki, ən maraqlı statistika ildən-ilə turist sayında kəskin artım yaşayan ölkələrlə bağlıdır.

Bu ölkələrə daha çox turist gedib

Bu sırada birinci yerdə Myanma gəlir, turist sayında 40,2 faiz artım baş verib. İkinci yerdə Puerto Riko (31,2 faiz), daha sonra İrandır (27,9%). Qəzet yazır ki, mövcud siyasi durumla əlaqədar 2020-ci ildə İrana gedən turistlərin sayı azala bilər.

Özbəkistan, Azərbaycan və Qazaxıstan da turistlərin getdikcə daha çox üz tutduğu ilk 20-likdə yer alıb.

Azərbaycan 17-ci yerdədir, turistlərin sayında 11,4 faiz artım var. Özbəkistana gedən turistlər 27,3, Ermənistana gedənlər 14,4 faiz, Türkiyəyə gedənlər 14,0 faiz artıb. İsrail 10,5 faizlə 18-ci, Qazaxıstan isə 10,0 faizlə 20-ci yerdədir.

Qış aylarında günəşli hava da sözünü deyir. Terror hücumlarından sonra bəzi ölkələrə ziyarətçilərin sayı artıb. Misirə 21,1, Türkiyəyə 14, Tunisə 13,6 faiz daha çox turist gedib.

Pasxadakı terror hücumlarından dolayı Şri Lankaya turist axınında 18 faiz azalma qeydə alınıb.

Honq Konq 18,8 faiz azalma ilə üzləşib, səbəb etirazlar, sosial itaətsizlikdir.

Birləşmiş Ştatlara 2019-cu ildə 1,3 faiz az, Böyük Britaniyaya isə 1,7 faiz daha çox turist səfər edib.

Ən çox turist artımı Yaxın Şərq regionunun payına düşüb – 8 faiz. Ən az artımla Amerikalar üzləşib – 2 faiz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG