Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Fevral, şənbə, Bakı vaxtı 02:13

Orbanın partiyasının səsvermə hüququ bərpa olunmadı


Viktor Orban Fidesz partiyasının toplantısında çıxış edir, arxiv fotosu

Sağ-mərkəzçi Avropa Xalq Partiyası (EPP) fevralın 3-də qərar verib ki, Macarıstanın hakim Fidesz partiyası qeyri-müəyyən müddətə qrupdan kənar saxlansın.

Fidesz ilk dəfə 2019-cu ilin martında Avropa Parlamentindəki ən böyük fraksiyadan kənarlaşdırılıb, buna səbəb kimi Macarıstanda hüququn aliliyinin geriləməsi, Avropa Komissiyasına hücumlar göstərilib.

Bu addım o deməkdir ki, Macarıstanın Baş naziri Viktor Orbanın partiyasının qrup daxilində səsvermə hüququ bərpa olunmur və partiya iclaslarına da qatıla bilməyəcək.

Əsasən Skandinaviya ölkələrindən olan bəzi partiyalar Fidesz-i EPP-dən tamamilə uzaqlaşdırmaq istəyiblər. Ancaq fevralın 3-4-də Brüsseldə keçirilən toplantıda, EPP siyasi assambleyasının əksər üzvləri səsvermə hüququnun daha bir müddət alınmasına tərəfdar çıxıblar. Apreldə duruma yenidən baxıla bilər.

EPP daxilində bir sıra mənbələr AzadAvropa/AzadlıqRadiosu-na anonimlik şərtilə deyiblər ki, Fidesz-in kənarlaşdırılması, yaxud geri qaytarılması məsələsində qrupun mövqeyi haçalanıb.

Yanvarda Orban Polşanın hakim Hüquq və Ədalət (PiS) partiyasının lideri Jarosław Kaczyński və Polşanın Baş naziri Mateusz Morawiecki ilə görüşərək daha sıx əməkdaşlıq etməyi müzakirə edib. PiS Avropa Parlamentində daha sağçı mövqeyi ilə tanınan Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupunun aparıcı üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG