Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 15:07

Koronavirusla bağlı diaqnostika bu mərkəzdə aparılacaq


Çində yaşayan azərbaycanlı AzadlıqRadiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

Çində yaşayan azərbaycanlı AzadlıqRadiosuna danışır

Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələrin Mərkəzdə xüsusi testlər vasitəsilə yoxlanılacağı deyilir. Eyni zamanda, bu məqsədlə Azərbaycana yetərincə test gətirildiyi və XTİNM-ə təhvil verildiyi qeyd olunur.

Nazirliyin açıqlamasına görə, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının vasitəsilə gətirilib.

Xatırlatma

Bu il yanvarından Çində koronavirus (CoV) yayılmağa başlayıb. Dünya mediasının məlumatlarına görə, artıq Çində bu virusa yoluxanların sayı 17 mindən çoxdur. 360 nəfərdən çox insanın həyatını itirdiyi bildirilir.

Azərbaycanda da bir neçə nəfər koronavirus ehtimalı ilə xüsusi ayrılmış xəstəxanalara yerləşdirilib. Səhiyyə Nazirliyi, hələlik, Azərbaycanda bu virusa yoluxma faktının qeydə alınmadığını bildirir.

XS
SM
MD
LG