Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:38

Dövlət proqramının icrası ilə bağlı konfrans keçirilir


İ.Əliyev. Foto arxiv

Bu gün, fevralın 3-də «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilir. Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda deyilir.

Tədbirdə prezident İlham Əliyev də iştirak edir. Dövlət başçısı konfransda giriş nitqi ilə çıxış edib. Hələlik çıxış yayılmayıb.

Regionların sosial-iqtisadi inkişafına dair indiyə kimi 3 dövlət proqramı reallaşdırılıb. Birinci proqram 2004-2008-ci, ikinci proqram 2008-2014 və üçüncü proqram 2014-2018-ci illəri əhatə edir. Hazırda 2019-2023-cü illəri əhatə edən dördüncü proqramın icrasına başlanılıb.

Hökumət orqanları bu proqramların ölkənin iqtisadi həyatında ciddi rol oynadığını, xüsusən regionlarda iqtisadi fəallığı gücləndirdiyini bildirirlər. Müstəqil ekspertlərsə rəsmilərlə razılaşmır, sözügedən proqramların icrasına sərf olunan vəsait müqabilində daha böyük nəticələrin əldə edilə biləcəyini, amma milyardlarla manatın səmərəsiz istifadə olunduğunu düşünürlər.

Multimedia

XS
SM
MD
LG