Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 21:08

Həftəsonu Donbasda iki ukraynalı hərbçi öldürülüb


Ukrayna hərbçiləri təlim zamanı, arxiv fotosu

Həftəsonu Donbasda münaqişə zonasında iki ukraynalı hərbçi öldürülüb, dördü yaralanıb. Ukraynanın şərqində hökumət qüvvələri altı ildir Rusiyanın dəstəklədiyi separatçılarla mübarizə aparır.

Ukrayna ordusu 24 saat ərzində 15 hücuma məruz qaldığını bildirir.

Ötən il münaqişədə 110-dan artıq ukraynalı hərbçi öldürülüb.

2014-cü ilin aprelindən başlayan münaqişədə isə 13 mindən çox adam qətlə yetirilib.

Həmin ilin martında Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib. Beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Müharibə nəticəsində 1,5 milyon nəfər evindən didərgin düşüb. Prezident Volodymyr Zelenskiy müharibəyə qon qoyacağını deyib.

Kreml rəsmən müharibə tərəfi olmadığını bildirir, Donbasda baş verənləri “Ukraynanın daxili münaqişəsi” adlandırır.

Münaqişə ilə bağlı bir neçə dəfə atəşkəs razılaşması əldə olunsa da, regionda sülh bərqərar olmayıb.

XS
SM
MD
LG