İslam Dövləti ekstremist təşkilatı fevralın 2-də Londonda törədilmiş terror insidentinə görə məsuliyyəti öz üzərinə götürüb.
Bu hadisə zamanı 20 yaşlı Sudesh Amman Londonun cənubunda yoldan keçənlərə bıçaqla hücum etmişdi.
İŞİD-ə bağlı sosial şəbəkələrdə ekstremist təşkilatın adından yayılan bəyanatda deyilir ki, hücum edən bu qruplaşmanın “əsgəri” idi və o bu hərəkəti Suriya və İraqda cihadçılarla mübarizə aparan ölkələrin vətəndaşlarına hücum etmək barədə İŞİD-in çağırışına cavab olaraq edib.
Londonun Strethem rayonunda edilmiş bu hücumda üç nəfər bıçaq yaraları alıb.
İstintaq baş vermiş hücumu “terror aktı” hesab edir.
Bu da xəbər verilir ki, Sudesh Amman həbsxanadan bir həftə əvvəl çıxmışdı.
O terrorçuluq fəaliyyəti ilə bağlı cinayətlərdə ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilmişdi.
Lakin onu cəzasının yarısını çəkdikdən sonra azad ediblər.
Polis hücum edəni güllə ilə öldürüb
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, London polisi fevralın 2-də terrorçuluğa görə məhkum edilmiş keçmiş məhbusu güllələdiyini bildirib.
O, saxta intiharçı jileti geyinərək Britaniya paytaxtında iki nəfəri bıçaqlayıbmış.
20 yaşlı Sudesh Amman 2018-ci ildə “islamçılıqla bağlı terrorçuluq ittihamları” ilə həbs olunub, hücum vaxtı polis onu piyada izləyirmiş.
Polisin təmsilçisi Lucy D’Orsi “AP”yə deyib ki, Amma bu yaxınlarda həbsxanadan buraxılıbmı. O, 40 yaşlarında bir kişini və bir qadını bıçaqlayıb. Kişi hələ də xəstəxanadadır, qadın isə buraxılıb.
Hadisə günorta saat 2 radələrində baş verib. Adamlar qaçıb mağazalara doluşublar, fövqəladə xidmət əməkdaşları insident yerinə gedib.
“Sky News” xəbər verir ki, Amman yanvarda buraxılıb. O, terrorçu material və nəşrlərə saxlamaqda və yaymaqda təqsirli bilinərək məhkum olunub.