Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:44

Ermənistan itirilmiş körpələri ‘axtarır’


Yeni doğulmuş körpə
Yeni doğulmuş körpə

Ermənistanda onlarla uşağın qanunsuz olaraq əcnəbi ailələrə satılması iddiaları araşdırılır. “Reuters” yazır ki, yüzlərlə qadın övladlarının başına nə gəldiyini bilmək istəyir. Bu, Ermənistanda ən böyük qanunsuz övladlığa götürmə qalmaqalı hesab olunur.

Polisin bildirməsinə görə, kriminal şəbəkələr anaları dilə tutaraq yeni doğulmuş körpələrini əllərindən alıb. Körpələrin cəlbedici beynəlxalq bazarda satışa çıxarıldığı iddia olunur.

Problemin miqyasını hesablamaq çətindir. Uşaqların mühafizəsi üzrə ekspertlərin sözlərinə görə, qara bazarda övladlığa götürməyə görə 100 minədək dolların təklif olunması Hindistandan tutmuş Uqandaya qədər uşaqların cəlb olunduğu qara bazarı gücləndirir.

Köləliyə qarşı qruplar qanunsuz övladlığa götürməni, yəni uşağın qaydaları pozaraq başqa bir ölkəyə aparılmasını uşaq alverinin bir forması hesab edir.

Bu qalmaqal noyabrda ortaya çıxıb. Hakimiyyət bildirib ki, 2016-2018-ci illərdə 30-dan çox uşaq İtaliyaya göndərilib, onların analarından alınması üçün təzyiq göstərilib.

Bəzi qadınlar abort elətdirmək istəmələrinə baxmayaraq qorxudularaq övladları əllərindən alınıb, bəzilərinə isə yalandan uşaqlarının xəstə olduğu deyilib. Bunu Ermənistanın təhlükəsizlik xidmətləri bildirmişdi.

Ancaq ittiham olunanlar qalmaqalla hər hansı əlaqəni rədd ediblər.

Analar narahatdır

BMT ekspertləri bu istintaqı “çox narahatedici” adlandırıblar. Bu arada yüzlərlə ermənistanlı ana itkin övladlarının taleyini düşünməyə başlayıb.

“Əminəm ki, körpəm salamatdır”,Haykuhi Khachatryan deyib. Ona sentyabrda Yerevan klinikasında deyiblər ki, üçüncü övladı ölü doğulub. Həmin klinika qalmaqalın mərkəzində dayanır.

Bunu təkcə analıq instiktim demir. Əksini sübut edəcək heç nə yoxdur”, – o, agentliyə telefon müsahibəsində söyləyib.

Agentlik təhqiqat orqanlarından öyrənib ki, qanunsuz ticarət məsələsi üzə çıxandan 30-dan çox ana onlarla kontakta girib, övladlarının qanunsuz başqa ailəyə verilə biləcəyindən narahatlıq bildirib.

Hazırda detektivlər 1991-ci ildən əcnəbilər tərəfindən övladlığa götürmə hallarının hamısını nəzərdən keçirirlər. Bunu isə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutyunyan söyləyib.

İndiyədək istintaq çərçivəsində beş nəfər saxlanıb. Onların sırasında özəl doğum klinikasının və dövlət uşaq evinin başçıları da var.

Şübhəlilərə övladı valideynlərindən qanunsuz ayırmaq daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb.

Harutyunyan deyib ki, azı iki halda övladlığa götürmə üçün 20 min dollaradək vəsait ödənib.

Yerevandakı Respublika Doğum Evinin başçısı Razmik Abrahamyan və Uşaq Evinin rəhbəri Liana Karapetyanın vəkillərinin sözlərinə görə, şübhəlilər ittihamları “məntiqsiz” və “əsassız” hesab edir.

XS
SM
MD
LG