Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:01

Rusiya Çinlə sərhədini bağlayıb


Mikhail Mishustin
Mikhail Mishustin

Rusiya Çinlə sərhədini tamamilə və dərhal bağladığını elan edib.

Dünya boyunca ölkələr Çinin Vuhan şəhərindən başlanmış koronavirus epidemiyasının qarşısını almaq məqsədilə öz vətəndaşlarını buradan təcili evakuasiya edirlər.

Virusdan ölənlərin sayı son məlumata görə 170 nəfərə çatıb.

Rusiya baş naziri Mikhail Mishustin yanvarın 30-da keçirilən hökumət müşavirəsində deyib ki, Çinlə dünyanın ən böyük sərhədi dərhal və tamamilə bağlanır.

***

Rusiyanın Baş naziri Mikhail Mishustin Uzaq Şərqdə sərhədin bağlanması üzrə sərəncam imzalayıb. Məqsəd koronovirusun yayılmasının qarşısını almaqdır.

Baş nazir hökumətin iclasında deyib ki, “sərhədin bağlanması ilə əlaqədar uyğun tədbirlər barədə hamıya informasiya veriləcək”.

Yanvarın 30-da səhərə olan informasiyaya görə, Çində koronovirusdan 170 nəfər ölüb. 128 nəfər sağalıb. 82 minə yaxın adam yoxlamadan keçirilir. Çində virusa yoluxanların sayı 7 min 700-ə çatıb.

Bundan öncə Çindən gələn rusiyalı turistlərin aeroportlarda yoxlanmasına başlanmışdı. Xabarovsk diyarında, eləcə də Amur və Yəhudi muxtar vilayətlərində Çinlə sərhəd məntəqələri minimum fevralın 7-dək bağlı qalacaq.

Rusiyada təhsil alan çinli tələbələr üçün tətil müddəti martın 1-dək uzadılıb.

İndiyədək Monqolustan və Qırğızıstan da Çinlə sərhədləri bağlayıb. Qazaxıstan isə yanvarın 29-dan Çinlə avtobus daşımalarını dayandırıb. Fevralın 1-dən sərnişin qatarlarının hərəkəti, fevralın 3-dən isə müntəzəm hava əlaqəsi kəsiləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG