Keçid linkləri

Təcili xəbərlər
2020, 09 İyul, Cümə axşamı, Bakı vaxtı 06:11

Vuhandan çıxarılan britaniyalılar karantində saxlanacaq


Pekin, arxiv fotosu

Çinin Vuhan şəhərindən koronavirusa görə evakuasiya olunan britaniyalılar iki həftə ərzində Böyük Britaniya hərbi bazasında karantində saxlanacaq. Bunu hökumət yanvarın 29-da açıqlayıb.

200-dək britaniyalı fövqəladə reyslə Vuhandan çıxmağa çalışırdı. Hökumət onlara çarter reysi ayrıldığını və sabah evakuasiya olunacaqlarını bildirib.

Ancaq britaniyalıların deməsinə görə, onlara hələ də təyyarənin nə vaxt qalxacağını, haraya enəcəyini deməyiblər, sadəcə, “Londonda bir aeroportda” sözünü işlədiblər.

Guya məmurlar onlara demişdilər ki, evlərinə gedəcəklər və bu da minlərlə britaniyalını yoluxdura biləcəkləri sarıdan narahatlıq yaradıb.

Səhiyyə naziri Matt Hancock bu gün elan edib ki, Vuhandan qalxan fövqəladə reys eniş edəndən 14 gün ərzində sərnişinlər adı açıqlanmayan hərbi bazada karantində saxlanacaq.

Vuhanda qalanların çıxarılması üçün hökumətə böyük təzyiq olunurdu.

XS
SM
MD
LG