Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Fevral, çərşənbə, Bakı vaxtı 01:31

Avropa Parlamentində tarixi Breksit səsverməsi keçiriləcək


Şimali İrlandiya ilə İrlandiya Respublikasının sərhədi

Yanvarın 29-da Brüsseldə, Avropa Parlamentinin iclasında Britaniyanın Avropa Birliyindən çıxmasının şərtləri ratifikasiya olunmalıdır.

Bu səsvermədə Britaniyanın parlamentdəki 73 üzvü də sonuncu dəfə iştirak edəcək. Onlardan başqa parlamentin 678 üzvü var.

Səsvermə Qrinviç vaxtı ilə axşam 5-də başlamalıdır.

“Ayrılma razılaşması” bir-birinin ərazisində yaşayan AB və Britaniya vətəndaşlarının hüquqlarını, Britaniyanın maliyyə öhdəliklərini qoruyur, Şimali İrlandiya əsasən Avropa qaydalarına uyğun gömrük sistemində qalacaq. Bu haqda “Frans Pres” yazır.

BBC xəbər verir ki, səsvermədən öncə debatlar keçiriləcək, vida çıxışları olunacaq, hətta musiqi də çalınacaq.

Breksitin təsdiqlənəcəyi və bununla da Britaniyanın yanvarın 31-də birlikdən ayrılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG