Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:56

Azı 7 əfqan polis əməkdaşı öldürülüb


Arxiv fotosu

Yanvarın 28-də Taliban silahlıları ölkənin şimalındakı Bağlan vilayətində polis məntəqəsinə hücum ediblər, azı 7 polis əməkdaşı öldürülüb.

Vilayət paytaxtı Pul-e Xumri yaxınlığında gecə vaxtı törədilmiş hücumda daha bir neçə nəfər yaralanıb.

Bəzi məlumatlarda hücumda 16-dək polis əməkdaşının öldürüldüyü bildirilir.

Talibanın sözçüsü Zabiullah Mujahid hücum edənlərin bir nəfəri girov götürdüyünü deyib.

Sentyabrda Taliban Pul-e Xumriyə hücum edərək ələ keçirməyə çalışmış, şəhərin paytaxt Kabilə gedən əsas magistral yolunu bir həftədən çox bağlı saxlamışdı.

Talibançılar Əfqanıstanın təxminən yarısına nəzarət edirlər.

Birləşmiş Ştatlar və Taliban 18 illik müharibəni bitirmək üçün danışıqlar aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG