Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Övladlarını aeroportda buraxmaqda şübhəli bilinən ata dindirilir


Arxiv fotosu

İki azyaşlı oğlunu Moskvada aeroportda təkbaşına buraxmaqda şübhəli bilinən rusiyalı hakimiyyətə təslim olub.

İstintaq Komitəsinin məlumatına görə, Rostov polisi yanvarın 28-də həmin şəxsi dindirib. 2011 və 2014-cü il doğumlu iki oğlan uşağı iki gün qabaq Şeremetyevo Beynəlxalq Aeroportunda təkbaşına qalmışdı.

Kişi və oğlanları yanvarın 26-da Xabarovsk şəhərindən gəliblər. Sonradan ata Rostov şəhərinə yola düşüb, komitə bildirir.

Rusiya mediası daha öncə yazıb ki, kişi övladlarını şəxsiyyət vəsiqələri ilə birlikdə buraxıb, məktubunda isə onları niyə özüylə apara bilmədiyini izah edib. Həmin şəxsin Xabarovsk regionundan 41 yaşlı Dmitry Gavrilov olduğu bildirilir.

Xabarovsk regionunun uşaq ombudsmanı Viktoria Tregubenko oğlanların anasına istinadla deyib ki, qadın əri tərəfindən mütəmadi döyüldüyü üçün onu tərk etməli olub. Cütlük boşanandan sonra ata qadına övladlarına görməyə icazə verməyib.

Tregubenko-nun sözlərinə görə, qadın deyib ki, keçmiş ərinin oğlanlarını aeroportda təkbaşına buraxmaq qərarından xəbəri olmayıb və uşaqları yanına almağa hazırdır.

XS
SM
MD
LG