Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Fevral, çərşənbə, Bakı vaxtı 02:36

Tacikistanda Müsəlman Qardaşlığının 113 şübhəli üzvü saxlanıb


Tacikistan, arxiv fotosu

Tacikistan polisi qadağan olunmuş Müsəlman Qardaşlığı təşkilatının üzvü olmaqda şübhəli bilinən 113 nəfəri həbs edib.

Baş prokuror Yusuf Rahmon yanvarın 28-də jurnalistlərə deyib ki, şübhəlilər içində müxtəlif universitetlərin 20 müəllimi və əməkdaşları, iki əcnəbi, şimaldakı İsfara şəhərinin bir rəsmisi də var.

“Qrupun məqsədi hökuməti zorla devirmək və islam dövləti qurmaqdır, bir çox ölkələrdə terrorçu və ekstremist təşkilat kimi qadağan olunub”, – Rahmon söyləyib.

Tacikistanın hüquq-mühafizə orqanlarından mənbələr AzadAvropa/AzadlıqRadiosuna son həftələr ərzində Müsəlman Qardaşlığının onlarla şübhəli üzvünün saxlandığını bildiriblər.

Müsəlman Qardaşlığı sünni islamçı təşkilatdır, 1928-ci ildə Misirdə islamçı alim Hassan al-Banna tərəfindən əsası qoyulub.

Bu qrup dünyada bir sıra islamçı təşkilatlara və hərəkatlara, partiyalara təsirini göstərib, amma bəziləri fərqli adla fəaliyyət göstərir.

Təşkilat dinc məqsədli olduğunu desə də, bir çox ölkələrdə ekstremist sayılaraq qadağan olunub.

Tacikistanda Müsəlman Qardaşlığı 2006-cı ildə qadağan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG