Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Fevral, bazar, Bakı vaxtı 18:04

Fəala hücumda şübhəli ukraynalı həbs olunub


Kateryna Handzyuk xəstəxanada

Yanvarın 27-də Bolqarıstan məhkəməsi ukraynalı Oleksiy Moskalenko-ya (Levin) 40 gün həbs cəzası kəsib. Qərar Ukraynanın Interpol-a müraciəti əsasında çıxarılıb, Moskalenko ukraynalı fəalın ölümüylə nəticələnmiş hücumun təşkilində iştirakda şübhəli bilinir.

Bolqarıstan prokurorları ekstradisiya ilə bağlı Ukrayna Baş prokurorunun müavini Viktor Trepak-dan sənədləri şəxsən aldıqlarını bildiriblər.

42 yaşlı Moskalenko yanvarın 24-də Burqas sahil şəhərində saxlanıb. O, heç bir müqavimət göstərməyib, şəxsiyyəti barmaq izləri ilə müəyyənləşdirilib, bunu Bolqarıstan polisi brifinqdə deyib. Ancaq elə bir geyimdə olub ki, Interpol-dakı şəkildən fərqli görünüb.

Bolqarıstan polisinin məlumatına görə, şübhəli 2018-ci ildə piyada Rumıniyadan Bolqarıstana keçib və Ukraynadan bir qadının kirayə verdiyi evdə yaşayıb.

Həmin il iyulun 31-də bir nəfər ukraynalı fəal Kateryna Handzyuk-un üstünə sulfat turşusu töküb. Hadisə Kiyevdən 560 kim cənubda yerləşən Xersonda baş verib. Fəalın bədəninin 30 faizi yanıb və üç ay sonra, Kiyevdə saysız əməliyyatlardan sonra dünyasını dəyişib.

Handzyuk şəhər şurasında işləyirdi, şəhər merinin müşaviri idi və tez-tez şəhərdə dövlət səviyyəsində korrupsiyaya qarşı çıxış edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG