Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 05:14

Bakı-Pekin-Bakı reysi dayandırılır


AzAL

Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır.

Bu barədə Bakı Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildiriblər.

Verilən məlumata görə, cədvəl üzrə «Azərbaycan Hava Yolları» (AzAL) hər il fevral ayında Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti dayandırır. «Bu, qeyd edilən ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə bağıdır», - aeroportdan bildirilib.

Açıqlamada daha sonra da yazılıb: «Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyət göstərəcək».

Çində yeni koronavirusun aşkarlandığı və bunun sürətlə yayılmasının artıq ciddi fəsadlar doğurduğu da bildirilir. Verilən məlumatlara görə, bu virusdan ölənlərin sayı 80 nəfərə çatıb. Ümumilikdə isə, ölkə ərazisində təxminən 2.5 min nəfərin bu virusa yoluxduğu vurğulanıb.

Azərbaycanın hökumət orqanları bu virusun ölkəyə daxil olmamasından ötrü gömrükdən başlayaraq bir sıra qabaqlayıcı tədbirlərə başladıqlarını açıqlayıblar.

XS
SM
MD
LG