Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:15

'Kəpək bahalaşıb'


Kəpək
Kəpək

Lənkəran şəhərinin bazarında kəpək bahalaşıb. Satıcıların sözlərinə görə, son iki ayda ikinci dəfədir ki, kəpəyin qiyməti qalxır:

«18 kiloqramlıq kəpək kisəsi 5 manat 50 qəpik idi, indi olub 6 manata. Kəpək heç vaxt belə baha olmayıb. Düzdür, ilin bu vaxtında ehtiyat tükənməyə doğru gedir, tələbat artır, qiymət qalxır. Deyirlər ki, buğda bahalaşıb ona görə. Unluq buğdanın 1 kiloqramı 60-65 qəpiyədir. Kəpək də həmin buğdadandır. Digər sahələr üçün nəzərdə tutulan buğdalar nisbətən ucuzdur. Söhbət gəzir ki, un da bahalaşacaq».

Ailə təsərrüfatında mal-qara saxlamaqla məşğul olan Səttar Hüseynov isə otun da bahalaşdığını deyir:

Un məmulatları bahalaşıb, çörəyin çəkisi azalıb
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00


«Ot da...»

«Bir ədəd, standart bağlanmış ot 2 manat 50 qəpiyədir. Çəkisi 14-15 kiloqramdır. Mənim malım azdır. Baha başa gəldiyi üçün hər il 1-2 baş mal kəsirəm. Ehtiyacım var. İlin bu vaxtında inəyə gərək kəpək verəsən ki, özünə gəlsin. Keyfiyyəti aşağı olan küləşi almaqdansa, kəpəyə üstünlük verirlər. Nəticədə kəpək bahalaşır. Otu almıram, yerim var, özüm tədarük edirəm».

O qeyd edib ki, bundan əvvəlki aylar ot nisbətən ucuz olub.

Hələlik, qiymət artımına rəsmilərdən münasibət almaq mümkün olmayıb.

Kəpək buğdadan çəkilir. Dəyirmanda çəkilən buğdadan alınan məhsulun əsas hissəsi un olur. Undan ayrılan və keyfiyyətsiz olan məhsulun qalan hissəsi isə kəpək adlandırılır. Kəpəkdən, adətən, mal-qara və toyuq-cücəyə yem kimi istifadə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG