Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 01:58

Hava kəskin dəyişəcək


Foto arxiv

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi xəbərdarlığı edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında güclü cənub-qərb küləyi, yanvarın 24-də isə onun güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənir.

Məlumatda vurğulanır ki, yanvarın 24-dən 25-i səhərədək havanın yağıntılı olacağı, yağıntının arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə sulu qara keçəcəyi təxmin edilir.

Yanvarın 24-də havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Yanvarın 23-ü axşamdan 25-dək Azərbaycanın rayonlarında da hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Multimedia

XS
SM
MD
LG