Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:38

Nazirlərin görüşü gözlənir


E.Məmmədyarov

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvar ayının sonunda görüşü gözlənir. Bu barədə yanvarın 17-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirlikdən verilən məlumata görə, bu məsələ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə E.Məmmədyarovun yanvarın 16-da keçirilən görüşündə müzakirə edilib.

Ermənistanın Azərbaycana ərazi iddiası ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi yaranıb. İki respublika arasında silahlı toqquşmalar olub. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib. Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

Münaqişənin tənzimlənməsi məqsədilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə iki ölkənin başçıları və xarici işlər nazirləri arasında bu illər ərzində bir çox görüşlər keçirilib. Hələlik, münaqişə həll edilməyib.

Multimedia

XS
SM
MD
LG