Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:35

“Boeing -777” sərnişin təyyarəsi məcburi eniş edib


"Boeing-777" sərnişin təyyarəsi-Los Anceles, 14 yanvar, 2020

“Boeing -777” sərnişin təyyarəsi Los Ancelesdə məcburi eniş edib.

“Delta” şirkətinə məxsus təyyarə Los-Ancelesdən Şanxaya uçurmuş.

Təyyarə yanvarın 14-də yüksəkliyə qalxdıqdan sonra geri-hava limanına dönməli olub.

Heyət üzvləri bunun üçün təyyarənin yanacağını boşaltmalı olublar və nəticədə yerdə onlarla adam xəsarət alıb. Amma onlardan heç biri xəstəxanaya düşməyib.

Hava şirkətindən verilən məlumata görə, buna səbəb mühərrikdə yaranmış problem olub və təyyarə şəhər ətrafında dövrə vurduqdan sonra hava limanına enib.

Eniş vaxtı sərnişinlərdən xəsarət alan olmayıb.

Məlumata görə təyyarə yanacağı hava limanına enərkən yaşayış məhəlləsinin üzərinə buraxıb.

ABŞ kütləvi informasiya vasitələrinin ekspertlərə istinadla yazdıqlarına görə, belə hallarda yanacağın yaşayış məhəllərlərinə buraxılması qadağandır və bunun üçün hər bir hava limanının yaxınlığında xüsusi zonalar var.

XS
SM
MD
LG