Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Yanvar, Cümə, Bakı vaxtı 11:44

E.Rüstəmov manatın məzənnəsindən danışıb


E.Rüstəmov

«Cari ildə də (2020) manatın məzənnəsi öz dinamikasını qoruyacaq».

AZƏRTAC-ın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov bunu yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

2015-ci ilin fevral və dekabr aylarında Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında 2 dəfə dəyər itirib. 2017-ci ilin yaz aylarından indiyə kimi isə manatın məzənnəsi dəyişmir. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.

Müstəqil ekspertlər hesab edirlər ki, bu məzənnə inzibati üsullarla qorunub saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG