Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 14:07

Bakıda yanğında 3 əcnəbi ölüb


Yanğın. Foto arxiv

Bakıda 3 xarici ölkə vətəndaşının yanğın zamanı tüstüdən boğularaq öldüyü bildirilir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, ölüm hadisəsi gecə saatlarında (yanvarın 9-dan 10-na keçən gecə), Səbail rayonu ərazisində kirayə yaşadıqları birotaqlı mənzildəki yanğın nəticəsində baş verib.

Yerli saytların yazdığına görə, hər 3 qız yatmış vəziyyətdə tüstüdən boğulub. Onların Bakıda təhsil aldığı bildirilir. Medianın məlumatına görə, tələbələr Şri-Lanka vətəndaşlarıdır.

İlkin məlumata görə, yanğın elektrik naqilində qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Multimedia

XS
SM
MD
LG