Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:58

Baş redaktora yenidən həbs təhlükəsi


A.Məmmədov

Gəncə hadisələri barədə yazılara görə 5 il 6 ay şərti cəzaya məhkum edilmiş Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsi ilə üzləşib. «Məlahət» MMC-nin rəhbəri Məlahət Qurbanova xüsusi ittiham qaydasında iddia qaldıraraq jurnalistin həbsini tələb edir.

Uzun müddətdir ki, M.Qurbanova ilə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov arasında əmlak davası var. Paytaxtın mərkəzindəki qeyri-yaşayış sahəsi ilə əlaqədar onların arasında məhkəmə çəkişməsi gedir. A.Məmmədov da rəhbərlik etdiyi saytda bu haqda «Keçmiş nazir «Lombard Məlahət»i məhkəməyə verdi: «Torpaqlarımı boşalt...»» və «Lombard Məlahət»lə sabiq nazirin davası: «Rolls-Royce» mərkəzinin zirzəmisini bölə bilmirlər» başlıqlı məqalələr yazıb.

M.Qurbanova iddia edir ki, A.Məmmədov yazılarında onu «Lombard Məlahət» kimi təqdim etməklə böhtan atıb, nüfuzuna zərbə vurub.

Jurnalistin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən M.Qurbanovanın iddiasına yanvarın 7-də Ağdam Rayon Məhkəməsində (A.Məmmədovun qeydiyyatına görə orada baxılır-red.) baxılacaq.

Bundan öncə Yasamal Rayon Məhkəməsi iki dəfə M.Qurbanovanın jurnalistə qarşı iddiasını qəbul etməyib.

A.Məmmədov da iddia ərizəsində yazılanlarla razılaşmır və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini deyir.

A.Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunur ki, onun Gəncə hadisələri (sabiq icra başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət ediblər.

A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Multimedia

XS
SM
MD
LG