Keçid linkləri

Təcili xəbərlər
2020, 17 Yanvar, Cümə, Bakı vaxtı 17:01

Xorvatiyada müxalifətçi prezident seçilir


Zoran Milanovic

Xorvatiyada solçu Zoran Milanovic prezident seçkisini udub. O, hazırkı mühafizəkar prezident Kolinda Grabar-Kitarovic-i məğlub edib.

Keçmiş baş nazir olan Milanovic yanvarın 5-də keçirilən seçkidə səslərin 53 faizini qazanıb. Artıq bülletenlərin 99 faizi sayılıb. Hakim sağ-mərkəzçi Xorvatiya Demokratik Birliyinin (HDZ) namizədi Grabar-Kitarovic 47 faiz səs yığıb.

Prezidentlik protokol vəzifəsi sayılsa da, ekspertlərin fikrincə, Grabar-Kitarovic-in seçkidə məğlubiyyəti gələn il parlament seçkisində HDZ-dən baş nazir Andrej Plenkovic-ə problem yarada bilər.

Xorvatiya 1991-ci ildə müstəqillik əldə edəndən ölkəyə əsasən HDZ rəhbərlik edib.

Dekabrın 22-də seçkinin birinci raundunda Grabar-Kitarovic 11 namizəd içində Milanovic-dən sonra ikinci yeri tutmuşdu. Milanovic 29,56, Grabar-Kitarovic isə 26,7 faiz səs yığmışdı.

Yanvarın 1-də Zaqreb Avropa Birliyində altı aylıq rotasiyalı prezidentliyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG