Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:46

BMT Liviyaya görə yığışır


Tripoli yaxınlığı, arxiv fotosu
Tripoli yaxınlığı, arxiv fotosu

Rusiya yanvarın 6-da BMT Təhlükəsizlik Şurasının Liviyayla bağlı iclasını çağırıb. Bu arada Türkiyə bu ölkədə BMT-nin tanıdığı hökumətə dəstək məqsədilə əsgər göndərir.

Rəsmi olaraq Rusiya xahişini Liviya üzrə beynəlxalq konfransın müzakirəsilə əsaslandırıb. Almaniya konfransın ayın sonunadək keçiriləcəyinə ümid edir.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan yanvarın 5-də bəyan edib ki, Liviyaya hərbi elementlər göndərib, orada əməliyyat mərkəzini “koordinasiya”, “inkişafı”na kömək edəcəklər. Prezident bunu CNN Turk televiziyasına deyib.


Türkiyə qaz ehtiyatlarına çıxış əldə edir

Tripolidəki hökumət apreldən bəri hərbi gərginlik vəziyyətindədir. Özünü Liviya Milli Ordusu adlandıran qüvvələr General Khalifa Haftarın başçılığı ilə Milli Razılıq Hökumətinə hücuma başlayıblar.

NATO üzvü Türkiyə Tripolidəki hökuməti dəstəkləyir.

Rusiya özəl muzdlu dəstələrinin isə Haftarı dəstəklədiyi bildirilir, Moskva bu iddiaları rədd edir.

Misir, Birləşmiş Ərəb Əmirlikləri hərbi komandiri dəstəkləyir.

Ankara və Tripoli noyabrda təhlükəsizlik və donanma sazişləri bağlayandan sonra Tripoli hökuməti Türkiyədən hərbi dəstək istəyi .

Razılaşmaya görə, Türkiyə Aralıq dənizində böyük ərazilərə hüquq əldə edir, həmin yerlərdə qaz ehtiyatları aşkarlanıb.

Bu pakt Aralıq dənizi regionunda digər ölkələri, özəlliklə Yunanıstan və Kipri qəzəbləndirib.

Yanvarın 4-də Tripolidə hərbi məktəbə raket zərbəsində azı 30 nəfər öldürülüb, onlarla adam yaralanıb.

Yanvarın 3-də isə BMT-nin Baş katibi Antonio Guterres Liviyada atəşkəsi dərhal olunmasına çağırıb, tərəfləri ölkədə qanlı münaqişəyə son qoymaqdan ötrü danışıqlara qayıtmağa səsləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG