Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:38

“Çernobıl” serialı “Qızıl Qlobus” aldı


Craig Mazin Emmi mükafatını qəbul edərkən

ABŞ-ın HBO şirkətinin çəkdiyi “Çernobıl” serialı yanvarın 5-də 77-ci Qızıl Qlobus mükafatlarının təqdimetmə mərasimində “ən yaxşı məhdud teleserial, yaxud film” kateqoriyasında qalib olub.

Tədbir Kaliforniyada keçirilib.

Beş seriyadan ibarət “Çernobıl” Sovet İttifaqı dövründə Ukraynanın nüvə zavodunda baş vermiş faciəvi hadisədən söz açır.

Serialın müəllifi Craig Mazin-dir, onda Stellan Skarsgard, Emily WatsonJared Harris kimi ulduzlar çəkilib.

Onlar mükafatı qəbul edərkən onu dünyanın ən ağır nüvə qəzası qurbanlarına həsr etdiklərini söyləyiblər.

1986-cı il aprelin 26-da Çernobılda nüvə reaktorunda partlayış nəticəsində binanın tavanı uçub, havaya qalxan radioaktiv material Ukrayna sərhədlərini aşaraq Rusiya, Belarus və Avropanın bəzi yerlərinə də yayılıb.

Qəza zamanı ilkin olaraq 30-dək adam dünyasını dəyişib, ancaq sonrakı illər minlərlə insanın radiasiyanın təsirindən öldüyü güman edilir.

“Çernobıl” serialı sentyabrda eyni kateqoriya üzrə Emmi Mükafatına da layiq görülmüşdü.

XS
SM
MD
LG