Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:55

Trump-ın siyasəti Putini 'populyarlaşdırır' – Qərb mediası


Donald Trump (sağda) və Vladimir Putin, arxiv fotosu
Donald Trump (sağda) və Vladimir Putin, arxiv fotosu

Rusiyalıların 61 faizi Prezident Vladimir Putinin işini müsbət dəyərləndirir. Amerikalıların isə yalnız 43 faizi Prezident Donald Trump haqda belə düşünür. “The Project Syndicate” portalında Nina L. Khrushcheva yazır ki, Trump-ın populyarlığının azalmasına səbəb olan rabitəsiz ABŞ siyasəti Putinin populyarlığını artırıb, ona bir neçə taktiki qələbə qazandırıb.

Müəllif son bir ildə Putinin siyasi taleyi ilə bağlı bədbin proqnozların çoxaldığını yazır. Ancaq “New York Times” qəzetinin müxbiri, Putinin bioqrafı Steven Lee Myers-in dəyərləndirməsi daha həqiqi görünür. O müəllifə dəfələrlə deyib ki, “Putin həmişə qazanır”.

Trump-ın siyasətindən Putin necə faydalanır

Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndə Putinin reytinqi kəllə-çarxa vurmuşdu – 83 faizə qalxmışdı. İndi isə rusiyalıların yalnız 61 faizi onun işinə müsbət yanaşır. Müəllif bir çox demokratik liderlərin belə bir ictimai dəstək arzusunda olduğunu qeyd edir. Məsələn, amerikalıların 43 faizindən də azı Prezident Trump-ın işini dəstəkləyir. Müəllif Türkiyənin Avropa, Çin, Türkiyə və digər məsələlərlə bağlı rabitəsiz, döyüşkən siyasətinin Trump-ın populyarlığını azaltdığını, Putininkini isə gücləndirdiyini vurğulayır.

“Məsələn, ABŞ-ın Suriyayla effektiv işləməməsi Türkiyəni Rusiyanın qucağına atdı. 2015-ci ilin oktyabrında Birləşmiş Ştatlar Patriot sistemlərini Türkiyənin cənub-şərqindən çıxardı. Bu sistemlər ölkənin NATO müttəfiqlərinə xahişindən sonra, Suriyadan raket zərbələrinə qarşı yerləşdirilmişdi. ABŞ 2017-ci ildə Türkiyəyə Patriot raketləri satmağı təklif etsə də, əsas texnologiyasını təklif eləmədi”, – məqalədə deyilir.

Və sonucda Türkiyə Rusiyayla bir neçə milyard dollarlıq silah sazişi bağladı, NATO tərəfdaşlarının qəzəbinə məhəl qoymadı.

Müəllif daha sonra Türkiyənin Rusiyayla TürkAxını qaz kəmərini işə salmaq üzrə olduğunu, Rusiyanın Çinlə 400 milyard dollarlıq qaz kəməri layihəsinə start verdiyini vurğulayır. Müəllifin fikrincə, burada da Trump administrasiyasının hərəkətləri, Çinlə acı ticarət müharibəsinin yaratdığı əlverişli acılımı Putin qamarladı.

Almaniyayla birlikdə çəkilən Şimal Axını 2 kəməri də bu sıradadır. Almaniya israr edir ki, enerji siyasətini Avropa özü müəyyənləşdirməlidir, Birləşmiş Ştatlar deyil. ABŞ bu kəmərə qarşı çıxır, onun Avropanın Rusiya qazından asılı duruma salacağını bildirir.

“Ola bilsin, Putinin Rusiya iqtisadiyyatını xilas edəcək uğurlu strategiyası yoxdur, amma onun kəmər siyasəti xarici siyasətdə bir sıra təsirli qələbələrlə sonuclanıb. Bu yanaşma ona qalibiyyət zolağını davam etdirməyə yetərincə nüfuz bəxş edə bilər”, – məqalədə deyilir.

XS
SM
MD
LG