Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 04:29

Türkiyə parlamenti Liviyaya əsgər göndərməyi səsverməyə çıxarır


Türkiyə bir neçə gün öncə Liviyaya əsgər göndərmək planını açıqlayıb

Yanvarın 2-də Türkiyə parlamentinin Liviyada BMT-nin dəstəklədiyi hökumətə köməyə əsgər göndərmək məsələsini müzakirəyə çıxararaq səsə qoyacağı gözlənir.

Deputatlar məsələ üzrə fövqəladə iclas keçirəcəklər.

Bu arada Türkiyə qüvvələrini mövcudluğunun Liviyada münaqişəni qızışdıracağı sarıdan narahatlıq var.

Tripolidə Baş nazir Fayez Sarraj hökuməti ölkənin şərqini idarə edən General Khalifa Haftar administrasiyası ilə mübarizə aparır.

Haftarı Misir, Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyir, ona rusiyalı muzdluların da kömək etdiyi bildirilir. Haftar qüvvələri apreldə paytaxta hücuma başlayıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyib ki, Sarraj-ın Milli Razılıq Hökuməti Türkiyədən hərbçi göndərməyi istəyib.

Ankaranın mövqeyinə görə, hərbçi göndərilməsi Türkiyənin Liviyada və şərqi Aralıq regionunda maraqlarının qorunması üçün vacibdir.

XS
SM
MD
LG