Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:57

İranda qadın narkomanların çoxu ölkənin din paytaxtındadır


Qum şəhəri
Qum şəhəri

İranın dini paytaxtı sayılan Qum şəhəri qadın narkomanların sayına görə birinci yerdədir. Bu haqda “Qom Farda” yerli vebsaytı İslam Respublikası Prezidentinin ofisinin təmsilçisinə istinadla yazır.

Qadınların işlərinin koordinasiyası üzrə müavin Zahra Javaherian onu da qeyd edib ki, Qum narkotik maddələr və narkotikadan asılılığa görə həbs olunmuş qadınların sayına görə də başdadır.

Dekabrın 31-də danışan Javaherian bildirib ki, Qum ətrafındakı kəndlər kənd yerlərində boşanma üzrə liderdir.

“Qum ibtidai və orta məktəb təhsilindən yayınan qızların sayı üzrə də birinciliyi saxlayır”, – Javaherian vurğulayıb.

Məmur bu müqəddəs şəhərdə menecer kimi çalışan qadınların sayının əhəmiyyətli dərəcədə aşağı olduğunu qeyd edib.

Javaherian ona təqdim olunan informasiyanın 2016-cı ildə yığıldığını, o vaxtdan şəhərdə bəzi müsbət dəyişiklik olduğunu da söyləyib. Amma detalları açıqlamayıb.

Qadınların Narkotikdən İstifadəsi ilə Mübarizə və Qadın Məsələləri üzrə İdarənin Baş katibi Zahra Bonyanian 2014-cü ildə deyirdi ki, qadın narkomanların 68 faizi 20-39 yaşlıdır və ümumi sayın 62 faizi ailəlidir.

Qumun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi başçısının 2016-cı ildə bildirməsinə görə, İranda ən çox boşanmalar bu şəhərin payına düşür və şəhərin aliment göstəricilərində 5 min faizlik artım var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG