Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 21:42

İranda zəlzələ olub


İranda zəlzələ, arxiv fotosu

İranın şimal-şərqində, Əfqanıstanla sərhəd yaxınlığında zəlzələ baş verib.

Ziyan, yaxud itki barədə informasiya yoxdur.

İranın dövlət televiziyası yanvarın 2-də bildirib ki, 5,8 bal gücündə zəlzələ Sanqan şəhərində qeydə alınıb. Bu şəhərdə 10 minədək adamın yaşadığı bildirilir.

“İndiyədək itkilər haqda informasiya almamışıq, amma zəlzələ böyük bir ərazini əhatələyib, komandalarımız hazırda araşdırma aparır”, – vilayət fövqəladə şöbəsinin rəhbəri Hojjatali Shayanfar deyib.

Avropa-Aralıq Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü Rixter şkalası ilə 5,5 bal olub, İranın Məşhəd şəhərindən 253 km cənubunda və Əfqanıstanın Herat şəhərindən 169 km qərbdə baş verib.

Bu regionda tez-tez zəlzələ olur.

2015-ci ilin oktyabrında baş vermiş zəlzələdə Əfqanıstan, Pakistan və Hindistanda 400-dən çox adam ölüb, minlərlə şəxs evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG