Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 02:53

Pentaqon Yaxın Şərqə əlavə 750 hərbçi göndərir


Etirazçılar səfirliyə hücum edir
Etirazçılar səfirliyə hücum edir

İraqda ABŞ səfirliyinə hücumdan sonra Birləşmiş Ştatlar Yaxın Şərqə əlavə 750 hərbçi göndərəcəyini açıqlayıb.

“ABŞ personalı və obyektlərinə təhdidin səviyyəsi artdığından bu göndəriş məqsədəuyğundur və qabaqlayıcı addımdır”, – Müdafiə naziri Mark Esper dekabrın 31-də bildirib.

“Birləşmiş Ştatlar öz adamlarını və maraqlarını dünyanın istənilən yerində qoruyacaq”, – o vurğulayıb.

Nümayişçilər dekabrın 31-də Bağdaddakı ABŞ səfirliyinə hücum ediblər. Onlar iki gün qabaq ABŞ-ın İranın dəstəklədiyi silahlı qruplaşmaya raket zərbələrində azı 25 nəfərin öldürülməsinə etiraz ediblər.

Trump “böyük bədəl”dən danışır

Səfirliyə hücum zamanı İraqın təhlükəsizlik qüvvələri və səfirliyin mühafizəçiləri gözyaşardıcı qazdan, səs qumbarasından istifadə edib.

“Reuters” hücumda 12 silahlının yaralandığını xəbər verir. ABŞ Prezidenti Donald Trump hücuma görə İranı günahlandırıb.

“İran itirilmiş həyatlara, obyektlərimizə istənilən ziyana görə tam məsuliyyət daşıyacaq”, – Trump tvitində yazıb.

“Onlar BÖYÜK BƏDƏL ödəyəcəklər. Yeni İliniz Mübarək!” – Trump yazıb.

Tehran ABŞ səfirliyinə zorakı hücumların arxasında durmadığını bəyan edib.

Bu hücum 2012-ci ildən bəri ABŞ səfirliyinə qarşı ən zorakı addım sayılır. Həmin ildə Liviyada diplomatik binaya hücumda Səfir Christopher Stevens daxil olmaqla dörd amerikalı öldürülmüşdü.

Dövlət katibi Mike Pompeo tvitində yazıb ki, dekabrın 31-də İraqın Baş naziri Adil Abdul-Mahdi və Prezident Barham Salih ilə danışıb, onlara “ABŞ personalı və əmlakını qorumaq öhdəlikləri” ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG