Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Almaniya və ABŞ səfirləri də Polşanı müdafiə edir


Almaniya və Rusiya əsgərləri Polşanın bölünməsindən sonra, 22 sentyabr, 1939-cu il
Almaniya və Rusiya əsgərləri Polşanın bölünməsindən sonra, 22 sentyabr, 1939-cu il

Birləşmiş Ştatların və Almaniyanın Polşadakı səfirləri 2-ci Dünya müharibəsində kimin günahkar olmasıyla bağlı Rusiyayla qalmaqalda Varşavanı müdafiə edib.

Almaniyanın səfiri Rolf Nikel və ABŞ-ın səfiri Georgette Mosbacher dekabrın 30-da deyiblər ki, Almaniya və Sovet İttifaqı birləşərək 1939-cu ildə müharibəni başladıblar və bu müharibə Avropa qitəsində on milyonlarla adamın ölümünə səbəb olub.

“Əziz Prezident Vladimir Putin”, – yazan Mosbacher vurğulayıb ki, Almaniyadan Adolf Hitler və Sovet ittifaqından Josef Stalin “əlbir olaraq 2-ci Dünya Müharibəsini başladıblar”.

Səfirin sözlərinə görə, “bu faktdır” və “Polşa bu dəhşətli münaqişənin qurbanı olub”.

“Polşanın qəddar şəkildə bölünməsində...”

Nikel öz hökumətinin mövqeyinin aydın olduğunu söyləyib: “Molotov-Ribbentrop Paktının məqsədi Nasist Almaniyasının Polşaya qarşı kriminal işğalını hazırlamaq idi. SSRİ Almaniya ilə birlikdə Polşanın bu qəddar şəkildə bölünməsində iştirak etdi”.

Almaniya ilə SSRİ 1939-cu il avqustun 23-də bir-birinə hücum etməmək haqqında on il müddətinə Molotov-Ribbentrop paktı imzalayıblar.

Səfirlər bunları sosial mediada yazıblar. Bundan qabaq Putin Polşanı müharibənin başlanmasını təhrik etməkdə suçlayıb. 2-ci Dünya müharibəsində 6 milyon polyak, yaxud ölkənin müharibədən qabaqkı əhalisinin 17 faizi öldürülüb.

Sovet İttifaqından müharibədə 20 milyon nəfərin öldürüldüyü bildirilir. Bu, əhalinin 11 faizi idi və ölənlərin yarıdan çoxu dinc sakinlər idi.

Putin dekabrın 19-da keçirdiyi mətbuat konfransında 1939-cu ildə Almaniya və Sovet İttifaqı arasında Molotov-Ribbentrop Paktının müharibəyə hazırlıq məqsədilə imzalanması fikrini rədd edib.

O, sentyabrda isə Avropa Parlamentinin qətnaməsini pisləmişdi. Parlament belə bir qənaətə gəlmişdi ki, Sovet İttifaqı Almaniya ilə yanaşı 2-ci Dünya Müharibəsi üçün qismən məsuliyyət daşıyıb.

AB də sovetlərin rolunu vurğulayıb

AB-nin qətnaməsində deyilirdi ki, paktda Avropanın “iki totalitar rejim” – nasist Almaniyası və Sovet İttifaqı arasında bölünməsi nəzərdə tutulurdu.

Putin bu deyilənləri “təmiz cəfəngiyat” adlandırıb.

Rusiya prezidenti deyib ki, 2-ci Dünya müharibəsinin başlanmasından ötrü Polşa məsuliyyət daşıyıb. Rusiyanın Xarici İşlər Nazirliyi bu sözləri dekabrda bir daha təkrarladı.

Polşanın Baş naziri Mateusz Morawiecki dörd-səhifəlik bəyanat yayaraq Putini 2-ci Dünya müharibəsinin başlanması haqda “bilərəkdən” yalan danışmaqda ittiham elədi, məqsədin Moskvanın ölkəiçi və xaricdəki hərəkətlərinə görə beynəlxalq təzyiqin səmtini dəyişmək olduğunu bildirdi.

“Prezident Putin saysız hallarda Polşa barədə yalan danışıb və həmişə də bunu bilərəkdən edib. Bu adətən o halda baş verir ki, Moskvadakı hakimiyyət hərəkətlərindən dolayı beynəlxalq təzyiqi hiss etməyə başlayır. Və bu təzyiq tarixi səhnədə deyil, müasir geosiyasi səhnədə baş verir”, – Morawiecki deyib.

Rusiya bu ilin mayında 2-ci Dünya müharibəsindəki qələbənin 75 illiyini qeyd etməlidir. Bu yubileyin böyük təmtəraqla qeyd olunacağı, xarici ölkə liderlərinin iştirakı gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG