Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 01:34

Putinlə Zelenskiy bayramlaşıblar


Sankt Peterburqda Vladimir Putin və Volodymyr Zelenskiy-nin şəkilləri olan "matroşkalar" satılır

Dekabrın 31-də Ukrayna Prezidenti Volodymyr Zelenskiy rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Tərəflər ölkələr arasında gərginliyi azaltmaqdan ötrü daha bir məhbus mübadiləsini götür-qoy ediblər.

Zelenskiy-nin mətbuat xidmətinin məlumatına görə, iki lider həm də bir-birlərinə bayram arzularını çatdırıblar.

Kreml də telefon danışığının baş tutduğunu təsdiqləyib, bunun Zelenskiy-nin təşəbbüsü ilə gerçəkləşdiyini bildirib.

Son altı ildə ilk dəfədir ki, Putin ukraynalı həmkarı ilə bayramlaşır. Bu, iki ədavətli ölkənin münasibətlərində tədricən istiləşmənin əlaməti sayıla bilər.

Dekabrın 30-da Kreml Putinin bayram təbriki göndərdiyi ölkə liderlərinin siyahısını açıqlamışdı, Ukrayna siyahıda yox idi.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan Donbas münaqişəsində 14 minədək adam həlak olub.

Sentyabrda Ukrayna ilə Rusiya 35 məhbus dəyişiblər. Dekabrda isə Kiyevlə separatçılar arasında 200-dək məhbus dəyişdirilib. Hər iki mübadilə barədə razılaşmanı Zelenskiy ilə Putin əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG