Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:05

ABŞ sanksiyaları İrana 200 milyard dollar ziyan vurub


Hassan Rohani

İran Prezidenti Hassan Rohani deyir ki, son iki ildə ABŞ sanksiyaları ölkəyə baha başa gəlib, xarici gəlir və sərmayə azalıb.

“İran iqtisadi müharibəyə cəlb olunmasaydı, 200 milyard dollar gəlir əldə edə bilərdi”, – Rohani dekabrın 31-də Tehran yaxınlığında dəmiryol layihəsini işə salarkən deyib.

Birləşmiş Ştatlar 2018-ci ilin mayında Tehranla 2015-ci il nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Sanksiyalar bərpa olunandan İran əsas gəlir mənbəyi olan neft ixracının 90 faizini itirib. Valyutası dəyərsizləşib, inflyasiya 40 faizi keçib.

Rohani sərt-xətt tərəfdarı olan mühafizəkarlarını ona qarşı tənqidini rədd edib. Mühafizəkarlar iddia edirlər ki, sanksiyaların İrana təsiri olmayıb.

“Ərzaq və su yoxdursa, nə qədər güclü olsan da, təhlükədəsən”, – o vurğulayıb.

Noyabrda İranda yanacağın qiyməti bahalandı və milyonlarla iranlı küçələrə çıxdı. Onlar iqtisadi çətinliklərə, bərabərsizliyə, maliyyə korrupsiyasına, diskriminasiyaya etiraz edirdilər.

XS
SM
MD
LG