Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 18:48

Rusiyada araq və siqaret bahalanır


Arxiv fotosu

Rusiya Prezidenti Vladimir Putin yanvarın 1-dən təkcə minimum əməkhaqqını qaldırmayıb, uşaq müavinətləri, spirtli içkilər, siqaret vergisi də qaldırılıb.

Minimum əməkhaqqı 7,5 faiz artırılaraq 195 dollara bərabərləşib.

Ailələr artıq ikinci uşaq dünyaya gələndə dövlətin ayırdığı “analıq fondu”na çıxış əldə edəcək, təxminən 7 min 518 dollarlıq vəsaiti həyat şəraitlərinin yaxşılaşmasına, analıq pensiyasının artırılmasına, məktəb xərclərinə, əngəlli uşaqların cəmiyyətə adaptasiyasına xərcləyə biləcəklər.

2017-ci illə müqayisədə analıq fondunda 3,8 faizlik artım baş verib.

Yarım litr arağın pərakəndə satış qiyməti 0,20 dollar bahalaşaraq 3,70 dollara çatıb. Bu həcmdə konyakın qiyməti isə azı 7 dollara satılacaq.

Siqaretlərin aksiz vergisi isə 14,5 faiz yüksəlib, min siqaretin qiyməti 32 dollara bərabərləşib.

Yəni, 20 dənəli siqaret qutusu 0,63 dollar bahalaşır.

XS
SM
MD
LG