Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:13

Lavrov: Nüvə sazişinə ‘ya əməl edin, ya da ləğv edin’


Sergei Lavrov (sağda) və Mohammad Javad Zarif
Sergei Lavrov (sağda) və Mohammad Javad Zarif

Birləşmiş Ştatlar və Avropa Birliyi Tehranla 2015-ci il nüvə sazişinin şərtlərinə ya əməl etməlidir, ya da onu ləğv etməlidir. Bunu Rusiyanın Xarici işlər naziri Sergei Lavrov deyir.

Lavrov dekabrın 30-da Moskvada iranlı həmkarı Mohammad Javad Zarif ilə görüşüb. Zarif deyib ki, sazişi imzalamış Avropa ölkələri onu dəstəkləyəcək “praktik addımlar atmırlar”.

Birgə Hərtərəfli Hərəkət Planı adlanan saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Sənədi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya və Avropa Birliyi imzalayıblar. Lakin Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxaraq yeni sanksiyalar tətbiq edib. Sanksiyalar İranla biznes həyata keçirən ölkələrə cəzalar nəzərdə tutur.

Fransa, Böyük Britaniya və Almaniya sazişə əməl edirlər. Amma Tehran onlardan dəfələrlə tələb edib ki, ABŞ-ın İranın neft satışını, iqtisadiyyat və valyutasını hədəfə alan sanksiyalarının təsirinin azaltmaqdan ötrü daha çox iş görsünlər.

Birləşmiş Ştatlar dəfələrlə bildirib ki, İranı danışıqlar masasına qaytarmaq istəyir. Ancaq Tehran sanksiyalar qaldırılmayınca bunun mümkün olmadığını bəyan edib, nüvə proqramının bəzi elementlərini yenidən işə salmaqla nüvə sazişindən uzaqlaşmağa başlayıb.

Lavrov deyir ki, bütün tərəflər üçün “ideal həll yolu” sazişin öhdəliklərinə əməl etmək olardı, əks halda nüvə sazişi “ölü” sənəd kimi tanınmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG