Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:19

Somalidə partlayışda 81 nəfər ölüb


Hadisə yeri

Somalinin paytaxtında avtomobilə qoyulmuş bomba partladılıb, 81 nəfər həlak olub. İtkin düşənlərin axtarışı davam edir

Hadisə şənbə günü – dekabrın 28-d paytaxt Moqadişunun gur yerlərindən birində baş verib.

“Frans Pres” agentliyi bunun son iki ildə ölkədə ən çox ölümlə nəticələnmiş partlayış olduğunu yazır.

Hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq Prezident Mohamed Abdullahi Mohamed islamçı Al-Shabaab qruplaşmasını ittiham edib. Bu qruplaşma mütəmadi olaraq ölkədə partlayışlar törədir, beynəlxalq ictimaiyyətin tanıdığı hökuməti devirməyə çalışır.

“Hazırda ölənlərin sayı 81-ə çatıb. İki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib”, – hökumətin sözçüsü Ismail Muktar agentliyə deyib.

Hücumdan sonra 20-dən çox adam itkin sayılırdı, 12-sinin yeri müəyyənləşib, onlardan beşi ölü tapılıb. Qalanlarından isə xəbər yoxdur, sözçü bildirib.

Partlayışda 125 nəfər xəsarət almışdı.

XS
SM
MD
LG