Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:12

Putin minimum əməkhaqqını qaldırır


Vladimir Putin (sağda) və Baş nazir Dmitry Medvedev

Rusiya Prezidenti Vladimir Putin 20-ci Yeni il müraciəti ərəfəsində bir neçə qanun imzalayıb. Onların içində gələn ildən minimum aylıq əməkhaqqını 7,5 faiz, yəni 195 dollara qaldırmaq da nəzərdə tutulub.

Minimum əməkhaqqı qanununa görə, bu məbləğ əvvəlki ilin ikinci rübündəki yaşam xərclərinə təkcə bərabər olmalı deyil, həm də bu məbləği aşa bilər.

Avropa Birliyinin statistika agentliyi bildirir, iyulda AB ölkələri içində ən aşağı minimum əməkhaqqı Bolqarıstanda qeydə alınıb – 286 avro (320 dollar).

AB-də ən yüksək minimum əməkhaqqı isə Luksemburqdadır – 2 min 71 dollar (2 min 320 dollar).

Putinin imzaladığı başqa bir qanunla aeroportlarda müəyyən otaqlarda siqaret çəkməyə icazə verilir.

XS
SM
MD
LG