Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:20

Oğurlanmış əfqan fəallar buraxılıb


Əfqan sülh fəallarının yürüşü, arxiv fotosu

Əfqanıstanın qərbində Taliban silahlı qruplaşması tərəfindən oğurlanmış 27 sülh aktivisti azadlığa buraxılıb. Onların yaraqlılar tərəfindən 45 saat saxlandığı bildirilir.

Xalq Sülh Hərəkatının fəallarına “heç bir xəsarət yetirilməyib”, – hərəkatın sözçüsü Bismillah Watan Dost dekabrın 26-da deyib. O, əlavə detallar açıqlamayıb.

Fəallar Farah vilayətində, qonşu Herat vilayətindən gələrkən oğurlanmışdılar. Farah polisi onların izinə düşmək üçün cəhdlər olunduğunu deyirdi.

Hərəkat üzvlərindən biri isə iddia etmişdi ki, Farahdakı tayfa başçıları oğurlanmış fəalların azad olunması üçün Talibanla danışıqlar aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG