Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:13

Buşehr yaxınlığında 5,1 bal gücündə zəlzələ olub


Buşehrdə tikinti gedir, noyabr, 2019-cu il

İranın cənubunda Buşehr nüvə zavodu yaxınlığında 5,1 bal gücündə zəlzələ olub. Məlumatı ABŞ və Avropa ekspertləri dekabrın 27-də səhər yayıb.

ABŞ Geoloji Xidməti zəlzələni orta səviyyəli kateqoriyaya salıb.

Zəlzələnin mərkəzi Buşehrdən 53 kilometr şərqə düşüb.

Avropa Aralıq Seysmoloji Mərkəzi də 5,1 bal gücündə zəlzələ baş verdiyini bildirib.

Noyabrda İran obyektdə ikinci nüvə reaktorunun tikintisi üçün beton tökməyə başlayıb. Rusiyanın köməyi ilə zavod genişləndirilir.

Yaxın Şərqdə ilk mülki nüvə enerjisi zavodu olan Buşehr BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) monitorinqi altındadır.

XS
SM
MD
LG