Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Təyyarə qəzasında azı 12 nəfər həlak olub


Qəza yeri
Qəza yeri

Təyyarə qəzasında ölənlərin azı 12 nəfər olduğu bildirilir.

49 nəfər xəstəxanaya yerləşdirilib, 18-nin vəziyyəti ağırdır.

***

Dekabrın 27-də səhər Qazaxıstanda mənzillənən Bek Air şirkətinə məxsus təyyarə Almatı aeroportu yaxınlığında havaya qalxandan sonra qəza edib, azı 15 nəfər həlak olub. Təyyarədə 95 sərnişin və beş heyət üzvü olub.

Rəsmilər 66 nəfərin xəstəxanaya aparıldığını, bəzilərinin vəziyyətinin ağır olduğunu deyir. Təyyarədəki sərnişinlərin siyahısı açıqlanıb.

Aeroport rəsmiləri xilasedicilərin hadisə yerində işlədiyini bildirir.

Beton hasara, daha sonra binaya dəyib

Rəsmi məlumata görə, təyyarə “havaya qalxan kimi yüksəkliyi itirib, beton hasara”, daha sonra ikimərtəbəli binaya dəyib.

Binada ölənlərin olub-olmadığı aydın deyil.

“Reuters”in aeroportda olan əməkdaşı ərazini qatı duman bürüdüyünü xəbər verir.

Xəstəxanada yaralıların siyahısı dəqiqləşdirilir
Xəstəxanada yaralıların siyahısı dəqiqləşdirilir

Rəsmiləri təyyarənin paytaxt Nur-Sultana uçmalı olduğunu bildirirlər.

Qəzadan salamat çıxanların olduğu xəbər verilir.

“Almatından Nur-Sultana uçan Bek Air təyyarəsi saat 7:05-də havaya qalxıb və radardan itib”, – aeroport Facebook səhifəsində bildirib.

Məlumatda xilasetmə əməliyyatına minədək adamın çalışdığı vurğulanır.

“Təyyarə yanakı uçurdu”

“Tengrinews” yerli xəbər saytı hadisədən salamat çıxmış bir qadına istinadla yazır ki, təyyarə yüksəklikdən düşməyə başlamamışdan qabaq “dəhşətli səs” eşidilib.

“Təyyarə yanakı uçurdu. Hər şey filmdəki kimi idi; qışqırıq, ağlaşma…”, – qadın danışıb.

Təyyarə uçuş zolağının sonuna yaxın yerləşən Almerek kəndi ərazisinə düşüb. Hazırda ərazi mühasirəyə alınıb.

Bek Air 100 Fokker təyyarəsi işlədir. Ölkənin aviasiya komitəsi bildirib ki, qəzaya görə təhqiqat başlandığından bu təyyarələrin uçuşları dayandırılır.

Qəza törətmiş Fokker-100 təyyarəsi 23,7 ildir istismardadır.

Bu təyyarənin istehsalçısı 1996-cı ildə müflisləşmə iddiası qaldırıb və təyyarənin istehsalı 1997-ci ildə dayandırılıb.

Rəsmilər artıq qəzayla bağlı təhqiqat başlandığını deyirlər.

“Məsuliyyət daşıyanlar qanuna uyğun olaraq sərt cəzalandırılacaq”, – Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev tvitində yazıb, ölənlərin ailələrinə başsağlığı verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG