Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:32

Navalny saxlanmadığını deyir


Aleksei Navalny
Aleksei Navalny

Navalny yazıb ki, FBK-da axtarış Baş nazir Dmitry Medvedev barədə 2017-ci ilin yazında çıxmış “O, sizin üçün Dimon deyil” filmi ilə bağlıdır.

Filmdə iddia olunurdu ki, bir neçə xeyriyyə təşkilatı Rusiyanın zəngin biznesmenlərindən pul alır və onları Medvedevin maraqlarına uyğun daşınmaz əmlaka xərcləyir. Baş nazirin mətbuat xidməti isə hansısa əmlaka bağlılığını rədd edib, Medvedevi dostlarının sözügedən imarətə dəvət etdiyini deyib. Ancaq həmin filmdən sonra Rusiyada korrupsiyaya qarşı “O bizim üçün Dimon deyil” deviziylə mitinqlər keçirilib.

Film çıxandan sonra milyarder Alişir Usmanov Navalny-ni və FBK-nı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə verib. Hakim Marina Vasina qərar çıxarıb ki, FBK 10 gün ərzində filmi internetdən silməli və Usmanovun Medvedevə torpaq sahəsi və ev formasında rüşvət verməsi barədə deyilənləri təkzib etməlidir. FBK və Navalny isə o vaxtdan nə filmi siliblər, nə də təkzib veriblər.

***

Navalny polis əməkdaşlarının onu ofisindəm “sürüyüb çıxardığını” deyir.

“Son xəbər: heç kim saxlanmayıb. Onlar sadəcə məni ofisdən sürüyüb çıxardılar”, – o, tivitində yazıb.

Navalny bunu sözçüsünün onun “zorla saxlanaraq aparıldığını” yazmasından az sonra yayıb.

***

Korrupsiya ilə Mübarizə Fondunun (FBK) təsisçisi Aleksei Navalny sosial şəbəkədə yazıb ki, xüsusi xidmət əməkdaşları fonda axtarışa gəlib.

Fondun əməkdaşı Nikolay Lyaskin xüsusi təyinatlıların fondun qapısını xüsusi aparatla açdığını qeyd edib.

Qurumun mətbuat katibi Kira Yarmysh-in bildirməsinə görə, Navalny saxlanıb və hazırda binada axtarış gedir.

“Noutbuklar dəlil sayılacaq”

“Aleksei güclə saxlandı və onu apardılar. O müqavimət göstərmədi. Digərlərini buraxdılar. Fondda hüquqşünaslar qaldı, orada axtarış gedir”, – o yazıb.

Navalny özü polis əməkdaşları ofisə girməzdən qabaq canlı yayımda olub.

Fonddan Leonid Volkov bildirib ki, ofisdə olanların hamısının kompüterləri və digər texnikası müsadirə olunub. Onun sözlərinə görə, “yay axtarışlarından sonra alınan noutbuklar 2016-18-ci illərdə pulyumaya dəlil kimi qeydiyyata alınacaq”.

2019-cu ilin payızında İstintaq Komitəsi fonda qarşı qanunsuz əldə olunmuş vəsaitlərin yuyulması üzrə iş açıb, həmin iş çərçivəsində Rusiyanın 30 regionunda Navalny tərəfdarları ilə bağlı axtarış aparılıb, fond üçün çalışan, yaxud onunla əməkdaşlıq edən onlarla şəxsin hesabı bağlanıb.

Axtarışlar zamanı fondun bəzi əməkdaşlarının şəxsi əmanətləri müsadirə olunub və üstündən bir neçə ay keçməsinə baxmayaraq, hələ də qaytarılmayıb.

Fondun mövqeyinə görə, məqsəd qurumun Rusiya məmurları və güc strukturları arasında korrupsiya tədqiqatlarına əngəl törətməkdir.

Cəza tədbirləri?

Dekabrın 23-də FBK-nın layihə meneceri Arktikaya məcburi hərbi xidmətə göndərilib. 23 yaşlı Ruslan Shaveddinov Moskvadakı mənzilində saxlanıb. O, 5 min 600 km-lik məsafədə yerləşən Novaya Zemlyaya, Arktik Okeanında hava müdafiə bazasına xidmətə göndərilib. Navalny bundan dekabrın 24-də xəbər tutub.

Rusiya ordusunda xidmət kişilər üçün məcburidir, 18-28 yaş arası orduya çağırılırlar.

Yeni çağırışçıların orduda daha böyük əsgərlər tərəfindən nizamnamədən kənar münasibətə – “dedovşina”ya məruz qaldığı bildirilir. Gənc çağırışçılar mümkün vasitələrlə xidmətdən yayınmağa çalışırlar.

Dekabrın 24-də Moskva məhkəməsi FBK-nın hüquqşünası Lyubov Sobolu 16 min dollar məbləğində cərimələyib. O, ictimai tədbirlərin təşkili qaydalarını iki dəfə pozmaqda təqsirli bilinib.

Son cərimə müxalifətin azad bələdiyyə seçkisi tələbilə avqustun 10-da və 31-də keçirdiyi yürüşlərlə bağlıdır. Moskvanın Taqanski Rayon Məhkəməsi hər iki tədbirə Sobolun rəhbərlik etdiyini bildirib.

Ancaq 10 avqust yürüşü yerli hakimiyyətin icazəsiylə, həm də Sobolun iştirakı olmadan gerçəkləşib. Çünki həmin gün FBK-nın ofisində axtarış gedirdi, Sobol belə deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG