Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Azı 6 əfqan əsgər öldürülüb


Arxiv fotosu

Dekabrın 26-da səhər tezdən Əfqanıstanın şimalındakı Bəlx vilayətində hərbi binada güclü intiharçı partlayışı törədilib, azı 6 əfqan əsgər həlak olub.

İntiharçı partlayıcılarla dolu maşını partladandan sonra bir qrup silahlı binaya hücum edib. Müdafiə Nazirliyi bunu “terrorçu hücumu” adlandırıb.

Partlayışda və silahlılarla əfqan təhlükəsizlik qüvvələri arasında döyüşdə azı 3 əsgərin yaralandığı bildirilir.

Hücuma görə məsuliyyəti götürən olmayıb, ancaq nazirlik və yerli rəsmilər buna görə Taliban silahlı qruplaşmasını günahlandırıb.

Bina daxilində toqquşmaların bir neçə saat çəkdiyi bildirilir.

İki gün öncə Taliban Bəlxin Davlat Abad rayonunda nəzarət məntəqəsinə basqın edib, yeddi əfqan əsgəri öldürmüşdü.

XS
SM
MD
LG