Keçid linkləri

Təcili xəbərlər
2020, 17 Yanvar, Cümə, Bakı vaxtı 17:20

Miqrant qayığı batıb, 7 nəfər ölüb


Arxiv fotosu

Dekabrın 26-da səhər tezdən Türkiyənin şərqində göldə miqrantları daşıyan qayıq batıb, 7 nəfər həlak olub. Məlumatı Türkiyə rəsmiləri verib.

Qayıqda Əfqanıstan, Pakistan və Banqladeşdən miqrantlar var imiş.

Azı 64 nəfərin xilas edilərək yaxınlıqdakı xəstəxana və sığınacaqlara çatdırıldığı bildirilir. Bitlis vilayət rəhbərliyi bu haqda açıqlama yayıb.

70-dən çox miqrantın olduğu qayıq Van gölündə batıb. Qayıq Bitlisdəki Adilcevaz şəhərinə yaxınlaşırmış.

Beş nəfər hadisə yerində ölü tapılıb, iki nəfərsə xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə xilasedicilər göndərilib.

Miqrantların niyə quru yolla deyil, qayıqla getdiyi bəlli deyil. Van gölü İrana yaxındır, ancaq tamamilə Türkiyə sərhədləri daxilində yerləşir.

Türkiyə Avropaya yol alan miqrantlar üçün əsas keçid məntəqəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG