Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Rusiyalılar üçün il ağır keçib


Rusiyada məişət zorakılığına qarşı qanuna etiraz aksiyası, noyabr, 2019-cu il
Rusiyada məişət zorakılığına qarşı qanuna etiraz aksiyası, noyabr, 2019-cu il

Rusiyalıların 43 faizi üçün yola salmaqda olduğumuz 2019-cu il çətin keçib, 15 faiz isə onu lap ağır hesab edir. Ümum-Rusiya İctimai Fikri Öyrənmə Mərkəzi (VTSİOM) yeni sorğunun nəticələrini açıqlayıb. Bu haqda “Vedomosti” qəzeti yazır.

Respondentlərin təxminən 30 faizi bu ili ümumilikdə yaxşı, 4 faizi uğurlu adlandırıb.

Sosioloqların sözlərinə görə, illə bağlı şəxsi dəyərləndirmələr daha yüksəkdir. 47 faiz rusiyalı 2019-cu ilin özü və ailəsi üçün yaxşı keçdiyini deyib. Təxminən 30 faiz onu çətin sayır.

Son 10 ildə rusiyalılar üçün ən çətin il 2015-ci il olub: 75 faiz respondent ilin ölkə üçün çətin və pis keçdyini demişdi.

Rusiya və dünyada ən vacib hadisələr

Bundan öncə “Levada” mərkəzinin açıqladığı sorğuda isə rusiyalıların 43 faizi 2019-cu ildə həya səviyyələrinin pisləşdiyini dilə gətirmişdi.

Levada-nın sporğusuna görə, rusiyalılardan ötrü bu ilin ən vacib hadisəsi pensiya islahatları və onların nəticələri olub. Respondentlərin 44 faizi belə düşünür. İkinci və üçüncü yerləri Sibirdə yanğınlar (38%) və yayda İrkutskdakı daşqınlar (30%) tutub.

Sorğu iştirakçıları təbii kataklizmlərlə yanaşı Krım körpüsünün dəmiryol hissəsinin açılışını, Rusiyanın Suriya müharibəsində iştirakını, dopinq qalmaqalını, Barents dənizində sualtı qayıqda dənizçilərin ölümünü misal çəkiblər.

Bundan başqa, respondentlər böyük hadisələr siyahısına Volodymyr Zelenskiy-nin Ukraynada prezident seçkisində qələbəsini, Parisdə Notr-Dam kilsəsində yanğını, Saratovda bir qızın, Sankt Peterburqda aspirantın öldürülməsini, “Moskva işi”ni, Gürcüstanla aviasiya əlaqəsinin kəsilməsini, məişət zorakılığı barədə qanun layihəsinin müzakirəsini sadalayıblar.

“İctimai Fikir” fondunun hazırladığı tədqiqata görə isə, Rusiyada böyük hadisələr kimi Krım körpüsünün açılışı, pensiya yaşı barədə qanunun qüvvəyə minməsi, təbii fəlakətlər, idmana baş verənlər sadalanıb. Respondentlər dünyadakı vacib məqamlar kimi Ukraynada yeni prezidentin seçilməsini, Notr-Damda yanğını, ABŞ Prezidenti Donald Trump-ın siyasətini vurğulayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG