Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Məktəbliləri təlimlərə cəlb edənlər cəzalandırıldı


Polis təliminə məktəblilər cəlb olunub
Polis təliminə məktəblilər cəlb olunub

Tatarıstanın Daxili İşlər Nazirliyi dekabrın 25-də elan edib ki, güc strukturlarının “təlimləri”nə azyaşlı məktəbliləri cəlb edən 3 əməkdaş işdən çıxarılıb. Söhbət Novotroistki məktəbində doqquzuncu sinif şagirdlərinin təlimə cəlbindən gedir.

Təlim vaxtı məktəblilər güc strukturları əməkdaşlarına hücum etməli, mitinq iştirakçısı rolunu oynamalı olublar. DİN əməkdaşları onlara qarşı gücdən istifadə edib, məktəblilərin üzündə qançır izləri yaranıb, yüngül xəsarətlər alıblar.

Yüksək vəzifəlilər işdən çıxarılıb

“Currenttime.tv” xəbər verir ki, “təlimlər”ə qatılmış daha 5 polis əməkdaşına xəbərdarlıq olunub.

İşdən çıxarılanlar DİN-in Tukayev rayonu üzrə vəzifəli əməkdaşları azyaşlıları təlimlərə cəlb edərək onların sağlamlığına, həyatına təhlükə yaratdıqlarına görə cəzalandırılıblar.

Onlar DİN-in Tukayev rayonu üzrə növbətçi hissəsinin böyük operativ növbətçisi Rüstəm Latıpov, rayon polisinin rəis müavini vəzifəsini icra edən İlnaz Bayduqanov və Rusiya DİN-in Tukayev rayon şöbəsinin rəisi Marat Vaqapovdur.

Tatarıstanın Tukayev rayonunun prokurorluğu elə həmin gün yoxlama apararaq “təlimlərin” qanunsuz olması qənaətinə gəlib, Tukayev rayon başçısının, Rusiya DİN-nin Tukayev rayonu üzrə şöbə rəisinin intizam məsuliyyəti daşıdığını bildirib.

Bundan Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsev “təlimlər”in birbaşa təşkilatçılarını işdən çıxarıb. Tatarıstan Respublikasının Daxili işlər naziri, polis general leytenantı Artyom Xoxorinin isə intizam məsuliyyətinə cəlb olunduğu açıqlanıb. Tukayev rayonunun təhsil şöbəsinin müdiri də vəzifədən gedib.

“Qolum, çiynim sıyrılıb, başımda böyük şiş yaranıb”

Şagirdlərdən birinin sözlərinə görə, onları təlimlərlə bağlı xəbərdar etməyiblər: dərsdən sonra direktoru gəlib deyib ki, “hazırlaşın, DİN-ə gedirsiz”.

“Hamımız təəccübləndik. Küçəyə çıxıb gördük ki, qalxanla dayanıblar. Bizə izah etdilər ki, onları təhrik etməli, ayaqlarımızı yerə vurmalı, sonra sadəcə itələməliyik”, – məktəbli danışıb. Onun sözlərinə görə, polis əməkdaşları bundan sonra 9-cu sinif şagirdlərinə qarşı gücə əl atıblar.

“Məni çox sərt şəkildə yerə yıxdılar, qarın üstünə üzüstə çevirdilər. Bəzilərini qıçından tutub yıxırdılar, bircə məni qarın üstünə üzüstə atdılar, çox sərt. Dostumun üzü cızıldı, qalxana dəydi, mənim qolum, çiynim sıyrılıb, başımda böyük şiş yaranıb”, – məktəbli deyib.

Video internetdə yayılandan sonra DİN belə bir təlimin keçirildiyini təsdiqləyib, amma şagirdlərdən üzrxahlıq olunmayıb. DİN-dən əvvəl deyiblər ki, məktəblilər təlimlərdə “məktəb administrasiyası ilə razılığa əsasən” iştirak ediblər. Sonradan Tatarıstan DİN saytından bu informasiyanı silib.

DİN-dən həmçinin bildirilib ki, mətktəblilərdən xəsarət alan olmayıb, təlimlərdən öncə guya onlara təhlükəsizlik tədbirləri barədə təlim keçilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG