Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:53

Hüquqşünas Putinə cinayət işi açılmasını istəyir


Vladimir Putin (solda)
Vladimir Putin (solda)

Yekaterinburqda hüquqşünas və hüquq müdafiəçisi Nikita Tomilov Daxili İşlər Nazirliyinə müraciət edib ki, Prezident Vladimir Putinə “Cinayətkar iyerarxiyada ali vəzifə tutmaq” maddəsi üzrə cinayət işi açsın. Bu haqda Tomilov “MBX media”ya müsahibəsində danışıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, şikayət heç də Putini məsuliyyətə cəlb etmək məqsədilə göndərilməyib. Hamı bilir ki, prezidentin tam toxunulmazlığı var. Onu DİN-in bu şikayətə necə cavab verəcəyi maraqlandırır, Tomilov bildirib.

Hüquqşünasın fikrincə, Putin “nazirlər, xüsusi xidmətlərin rəhbərləri, eləcə də ölkədə hakim postlarda olan digər şəxslərdən ibarət cinayətkar sindikatın rəhbəridir”. “Cinayətkar iyerarxiyada ali vəzifə tutmaq” maddəsi Cinayət Məcəlləsinə bu ilin fevralında Vladimir Putinin təşəbbüsü ilə salınıb. Bu maddə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

Tomilov şikayətində DİN-dən onu da xahiş edir ki, Putinin iki müddətdən artıq prezident vəzifəsində qalmasının qanuniliyini yoxlasın.

Nikita Tomilov Yekaterinburqda Regionlararası İnsan Haqları Mərkəzində işləyib. O, Yekaterinburq dram teatrının həyətində Müqəddəs Yekaterina kilsəsinin tikintisinə etirazla zamanı saxlananları müdafiə edib.

Putinin təklifi

Vladimir Putin 2000-2008-ci illərdə prezident vəzifəsində olub, sonradan baş nazir postuna keçib. O, 2012-ci ildən yenidən ölkə başçısıdır.

Putin dekabrın 19-da keçirdiyi mətbuat konfransında konstitusiyada prezident hakimiyyətinə aid maddə ilə bağlı suala cavabında “dalbadal” sözünün həmin maddədən çıxarılmasını təklif edib. Bu maddə bir nəfərin prezident olması müddətlərini məhdudlaşdırır.

Beləliklə də Putin artıq iki dəfə seçilmiş keçmiş prezidentin Kremlə qayıtmasını mümkünsüz edən təkliflə çıxış edib:

"Mən belə şeyləri təklif edənlərin məntiqini başa düşürəm. Bu elə ilk növbədə parlamentin hüquqlarının genişləndirilməsi, prezidentin və hökumətin də bəzi səlahiyyətlərinə düzəliş edilməsi ilə bağlıdır. Lakin bunu yaxşı hazırlıqdan və cəmiyyətdə dərin müzakirədən sonra, həm də səliqəli etmək lazımdır. Əvvəlki dəyişikliklər mənim bildiyim qədər, müddətlərlə bağlı idi. Amma indi “dalbadal” sözünü ləğv etmək olar”.

Putin izah edib ki, o iki müddət dalbadal işləyib və sonra bu posta qayıtması üçün “konstitusiya hüququ” olub.

XS
SM
MD
LG