Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 05:21

Taliban 27 əfqan fəalı oğurlayıb


Əfqanıstan təhlükəsizlik qüvvələri

Əfqanıstanda Xalq Sülh Hərəkatının 27 fəalını Taliban silahlı qruplaşması oğurlayıb. Hadisə ölkənin qərbində sülh yürüşü zamanı baş verib. Məlumatı dekabrın 25-də qrup liderləri, yerli rəsmilər yayıb.

Fəalları Farah vilayətinin Bala Buluk rayonunda oğurlayıblar, onlar qonşu Herat vilayətindən gəlirlərmiş.

Farah polisi fəalları oğurlayanların axtarıldığını bildirib.

Taliban hələlik, münasibət açıqlamayıb.

Fəallar yürüşlər keçirərək, ölkə üzrə səyahət edərək sülh mesajı yayır, Əfqanıstanda münaqişə tərəflərini atəşkəsə çağırırlar.

Hərəkat bildirir ki, artıq dördüncü dəfədir silahlı qruplaşma yürüş edənləri oğurlayır.

XS
SM
MD
LG